Avro-2016-da terror aktları törədilə bilər - XƏBƏRDARLIQ

Avro-2016-da terror aktları törədilə bilər   - XƏBƏRDARLIQ

İŞİD terror qruplaşması iyunda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı terror aktları törədə bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Hans-Qeorq Maassen bəyan edib.

"Əlimizdə hələ ki, konkret faktlar yoxdur. Lakin bilirik ki, İŞİD Avropa çempionatını hədəfə alıb", deyə H-Q.Maassen bildirib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək.

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR