Aviqdor Liberman Bakıdadır

Aviqdor Liberman Bakıdadır

İsrail nümayəndə heyəti mətbuat konfransı keçirəcək.

İsrailin nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda parlament seçkilərini izləmək üçün bu gün günorta saatlarında Bakıya gəlib.

Aktual.az secki-2015.az-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir.

Nümayəndə heyətinin tərkibinə İsrailin keçmiş xarici işlər naziri, “Naş dom - İzrail” partiyasının lideri, tanınmış siyasətçi A.Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.

Aktual.az

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR