Cənab Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına
etdiyi müraciətində 2022-ci ili "Şuşa İli” elan etdi. Bu il yanvarın 5-də isə
dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli” elan
edilməsi haqqında Sərəncam imzaladı.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2022-ci il üçün nəzərdə tutulmuş
layihələri "Şuşa İli” çərçivəsində keçirməyi qərara alıb və mədəniyyət
paytaxtımız Şuşa şəhərinə həsr edib.
Şuşa şəhərinə həsr olunmuş dörd layihə çərçivəsində "Şuşa: müxtəsər
tarix (1752-2022)”, "İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar”,
"Şuşa: ədəbi-mədəni mühit” və "Bizim Şuşa (söhbətlər)” adlı kitablardan
ibarət monoqrafik tədqiqat bir müddət
bundan əvvəl işıq üzü görüb və Zəfər günü ərəfəsində ictimaiyyətə təqdim olunub.
"Şuşa ili”nin son günlərində AVCİYA-nın növbəti layihəsi
çərçivəsində beşinci kitabını sizə
təqdim etməkdən qürur duyuram. Bu,
Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevə ad günü hədiyyəsi
kimi düşündüyümüz "Şuşa 270 tarixdə” kitabıdır.
Bəli,
bu nəfis tərtibatlı kitabda Şuşanın 270 illik tarixindən, danışılır. 270 il
ərzində baş vermiş 270 yaddaqalan hadisədən...
Əlbəttə, Şuşa ilə bağlı əhəmiyyətli
hadisələrin sayı minlərlədir. Mümkündür ki, çox vacib olan hansısa olaylar, proseslər
diqqətimizdən yayınıb. Zənnimcə, bu önəmli deyil. Şuşa bizimdir və Azərbaycanda
Şuşa ilə bağlı hələ çox nəşrlər işıq üzü görəcək.
Şuşa
ilk növbədə Şuşa sakinləri, bu gözəl şəhəri quran, bu gözəl şəhərdə yaşayıb
yaradan, bu gözəl şəhəri şöhrətləndirən tarixi şəxsiyyətlərdir.
"Şuşa 270 tarixdə” kitabında bu böyük
şəxsiyyətlərin adları çəkilir, onların əzəmətli fəaliyyəti xatırlanır. Doğrudur,
burada da yada sala bilmədiyimiz böyük şəxsiyyətlər ola bilər. Axı, 270 illik tarixi bir kitaba sığışdırmaq
əslində mümkün deyil.
Mən əminəm ki, Şuşanın adını uca zirvələrə qaldıra bilmiş bu böyük şəxsiyyətlərin
ruhları şaddır. Şuşa azaddır. Şuşa bizimdir. Cənab İlham Əliyevin dediyi kimi:
"Biz Şuşaya qayıtmışıq!"
Kollektivimiz çox xoşbəxtdir ki, dövlət başçımızın ad gününə bu hədiyyəni –
"Şuşa 270 tarixdə” kitabını hazırlamaq bizə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasına qismət olub”!
Təbrik
edirik Sizi, cənab Prezident İlham Əliyev!
AVCİYA-nın prezidenti
Elxan Süleymanov
Xəbər 284 dəfə oxunub.