ATV və “Space”in zibillikdə yaşayan keçmiş əməkdaşına ev verildi

ATV və “Space”in zibillikdə yaşayan keçmiş əməkdaşına ev verildi

Bir neçə gün əvvəl Əvəz Əsgərov adlı gəncin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsindəki zibillikdə köhnə taxtalardan qurulmuş, qaranlıq, rütubətli balaca komada yaşaması haqda geniş yazı dərc edilmişdi.

Aktual.az publika.az-a istnadən xəbər verir ki, 1 yaşında ikən ata, 11 yaşında isə ana qayğısından məhrum olan 22 yaşlı gənc hazırda işığı, qazı, suyu olmayan daxmada yaşayır. Məqalədən sonra xeyli insan redaksiyamıza və yazı müəllifinə müraciət edərək Əvəz Ələsgərova kömək etmək istədiyini bildirmişdi.

Bu gün əldə etdiyimiz məlumata görə, artıq bir neçə şəxs Əvəz Əsgərovun üzləşdiyi problemlərlə maraqlanıb. Onlardan bəzilərinin, habelə Əvəzi tanıyanların maddi dəstəyi sayəsində zibillikdə yaşayan gənc müvəqqəti mənzilə köçüb. Mərhəmətli insanlar ona digər zəruri köməklik göstərəcəklərini, sənəd və iş problemini  həll edəcəklərini vəd ediblər.

Xəbər 4883 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR