ATV-nin vitse prezidenti işdən çıxarıldı

ATV-nin vitse prezidenti işdən çıxarıldı

Azad Azərbaycan Televiziyasının (ATV) vitse-prezidenti Məqsəd Nur işdən çıxarılıb.

Aktual.az-ın aznews.az-a istinadən məlumatına görə, kanal rəhbərliyinin bu barədə əmri bir neçə gün əvvəl verilib.

Sayt qeyd edir ki, M.Nurun işdən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan dolaşırdı. Hətta bu ilin əvvəlində onun ATV-dən ayrılaraq “Xəzər” Televiziyasının Xəbərlər Departamentinə rəhbər vəzifəsinə gedəcəyi barədə də məlumatlar yayılmışdı. Bir neçə ay öncə isə M.Nurun kadrları hesab olunan bir qrup jurnalistin ATV-dən uzaqlaşdırılıması onun özüylə də yaxınlarda vidalaşılacağı xəbərini aktuallaşdırmışdı. Məlumata görə, onun işdən uzaqlaşdırılmasının bu qədər gecişməsi, ailəsində baş verən faciə - həyat yoldaşının intihar etməsi ilə bağlı olub.

Həmin vaxtdan işə demək olar ki, çıxmayan Məqsəd Nur bir neçə gün öncə çalışdığı kanaldan rəsmən ayrılıb.

Sayt Məqsəd Nurla əlaqə saxlamağa çalışsa da, o, telefona cavab verməyib.

Xəbər 1992 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR