ATV-dən çıxarılan Məqsəd Nura vəzifə verildi

ATV-dən çıxarılan Məqsəd Nura vəzifə verildi

“Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” informasiya studiyasının baş direktoru təyin olunub.

Aktual.az xəbər verir ki, bu barədə publika.az-a məlumat verən AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bugündən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, “Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb. 

 
Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR