Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti birinci olub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medal qazanıb.
Report-un məlumatına görə isə, Zeyniddin Bilalov 5,22 metr göstərici ilə bürünc medala sahib olub. Gümüş medalı isə 5,28 metr uzununa tullanan Abdul Dalimunte əldə edib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az Xəbər 472 dəfə oxunub.