Bu gün Bakı Atıcılıq Mərkəzində "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.
Aktual.az xəbər verir ki, atıcılıq yarışlarında qadınlar arasında 50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş, dairəvi stend və komanda halında səngər stendi üzrə, kişilər arasında isə 50 m məsafəyə tapança ilə və 25 metr məsafəyə standart tapança ilə atəş açma üzrə ən güclülər müəyyənləşəcək.
Bugünkü yarışlarda Azərbaycanın 14 idmançısı mübarizə aparacaq.
Xəbər 757 dəfə oxunub.