ATƏT "üçlüyü" Berlində Qarabağı müzakirə edəcək

ATƏT

ATƏT-in sədr ölkəsinin təmsilçisi - Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarlarını - Serbiya və Avstriya XİN başçılarını İvitsa Daçıç və Sebastyan Kurtsu qəbul edəcək.

RİA Novosti xəbər verir ki, danışıqlar mərkəzində ATƏT-in sədrinin Dağlıq Qarabağ və Ukraynada münaqişələrin nizamlanmasında səyləri olacaq.

Görüşdə həmçinin ATƏT-in miqrasiya məsələlərində rolu da müzakirə olunacaq.//Azvision.az

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR