Dağlıq Qarabağ bölgəsində yaranan gərginliyə tez bir zamanda son qoyulmalıdır.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank-Valter Ştaynmayer bildirib.
"Mən bütün tərəfləri atəşkəsə hörmətlə yanaşmağı çağırıram. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Tərəflər siyasi iradə nümayiş etdirməli və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməlidir", - deyə o qeyd edib.