“Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçirilib”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib. Onun sözlərinə görə, seçki yüksək seçiçi fəalllığı ilə baş tutub. O, qeyd edib ki, seçkilərdə seçicilərin siyahısı çox dəqiqliklə tərtib edilib ki, belə hallara da Avropa ölkələrində rast gəlinir:
“Şamaxı, İsmayıllı və Abşeron rayonlarında seçkiləri müşahidə etdik. Havanın soyuq olmasına baxmayaraq, bu rayonlarda seçicilər aktiv idi. Kabinələrin sayının çoxluğu insanlara rahat şəkildə səs verməyə imkan yaradırdı. Prezident Aparatının nümayəndələri bizi müşayiət etsələr də, məntəqə binalarına daxil olmurdular. Onlar bunun seçki prosesinə müdaxilə kimi dəyərləndirilməməsi üçün bu addımı atmadılar”.
MSK sədri seçkilərin müşahidəsi zamanı heç bir qayda pozuntusunun qeydə alınmadığını da bildirib: “Seçkilərin təşkili və seçicilərin dəqiq siyahıyaalınması məni heyran etdi. İlk dəfə seçicilər üçün əlavə siyahı yaradılmamışdır. Deməli, səsverənlərin hamısı özlərini seçki siyahısında tapa bilib. Bu inanılmazdır. Heç Rusiyada da belə halla rastlaşmamışdım”.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməməsi qanunsuzdur”-deyən Vladimir Çurova bildirib ki. ATƏT-in DTİHB ölkədən dəvət alıbsa, seçkiləri müşahidə etməyə borcludur: “Onlara buna görə pul ayrılır”.