ATƏT parlament seçkilərinə müşahidə missiyası göndərəcək

ATƏT parlament seçkilərinə müşahidə missiyası göndərəcək

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müşahidə missiyası Azərbaycanın 1 noyabr tarixində keçiriləcək seçkiləri müşahidə etməklə bağlı rəsmi dəvətinə və 12-14 avqust tarixlərində Azərbaycanda olan ehtiyacların qiymətləndirilməsi missiyasının səfərinin yekunları və araşdırmalarına əsasən göndərilir.

Bunun üçün 15 proqramlı vəzifə üçün yer ayrılıb və onlar fəaliyyətlərinə 14 sentyabrdan başlayacaqlar. İnzibati vəzifələr üçün 14 yer ayrılıb və onların vəzifələrinin başlama tarixi 5 sentyabrdır. Daha 16 vəzifə isə regionlardakı ofislərə ayrılıb və onlar 22 sentyabr tarixindən işə başlayacaqlar. ATƏT DTİHB bu vəzifələrin tutulması ilə bağlı vakansiya elan edib. 

Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR