ATƏT Parlament Assambleyasının Büro iclasında

ATƏT Parlament Assambleyasının Büro iclasında

 Dekabrın 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək.

Aktual.az Parliament.az-a istinadən xəbər verir ki, iclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək.
Tədbirdə Avropada miqrant və qaçqın böhranı, bununla bağlı ATƏT və ATƏT Parlament Assambleyası tərəfindən görülməsi mümkün olan tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.
İclasda həmçinin ATƏT PA-nın Baş katibi də məruzə edəcək, təşkilatın büdcəsi, növbəti illik sessiyaların gündəliyi və iclasların keçirilməsi tarixləri müzakirə olunacaqdır.
Tədbirdə deputat Azay Quliyevin gündəlikdəki məsələlər barədə çıxışı da nəzərdə tutulmuşdur.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR