ATƏT PA-dakı nümayəndə heyətimizin yeni tərkibi - SİYAHI

ATƏT PA-dakı nümayəndə heyətimizin yeni tərkibi   - SİYAHI

Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi məlum olub.


Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, tərkibə dörd yeni nümayəndə daxil edilib. "Bunlar yeni seçilmiş millət vəkilləridir - Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Tahir Mirkişili və Elşad Həsənov".

Xatırladaq ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin tərkibinə altı millət vəkili daxildir. Digər iki nümayəndə Milli Məclisin vitse-spikeri Bahar Muradova və millət vəkili Azay Quliyevdir.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR