ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yola düşüb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "twitter" səhifəsində yazıb.
"ATƏT Minsk Qrupunun başqa həmsdərləri (Fransa və Rusiya - "Report") ilə birlikdə Dağlıq Qarabağa yola düşürəm. İnformasiyanı birinci əldən almaq üçün yerli nümayəndələrlə görüşəcəyik".