ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in "Facebook" hesabında məlumat verilib.
Bildirilib ki, ATƏT sədrinin Ermənistana səfər çərçivəsində Buyar Osmani və Ararat Mirzoyan arasında təkbətək görüş keçirilir. Daha sonra geniş tərkibli görüşün keçiriləcəyi qeyd olunub.
Xəbər 245 dəfə oxunub.