ATƏT-in Parlament Assambleyası Avropa İttifaqına (Aİ) müraciət edərək Rusiyaya qarşı tətbiq olunan sanksiyaları "yumuşaldılmasını" istəyə bilər. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT PA-nın sədri İlkka Kanerva deyib.
Onun sözlərinə görə, ATƏT PA-nın yay sessiyasında iştirak etmək istəyən Rusiya nümayəndə heyyətinnin 6 üzvünə Finlandiya höküməti tərəfindən viza verilməməsi "deputatların missiyasını çıtinləşdirib".
"Məncə Aİ öz qaydalarına yenidən baxmalıdır. Diplomatik əlaqələr üçün əngəl yaradmaq doğru deyil", - deyə İ.Kanerva vurğulayıb.
Qeyd edək ki, rəsmi Helsinki Aİ-nın sanksiya siyahısında adları olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin ilə daha 5 rusiyalı deputatın ATƏT PA-nın yay sessiyasına iştirakına imkan verməyib.
Aktual.az