ATƏT-dən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

ATƏT-dən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

Polşanın ATƏT-dəki sədrliyi Ermənistan və Azərbaycanı deeskalasiyaya çağırıb.

Aktual.az xəbər verir ki, bu barədə Varşavanın təşkilatdakı rəsmi nümayəndəliyinin səhifəsində deyilir.
 
Bəyanatda Ermənistan və Azərbaycan sərhədində hərbi əməliyyatların kəskinləşməsinin dərhal dayandırılmasının vacibliyi qeyd edilir.
 
Mətndə deyilir: "Diplomatik yolda əldə olunan uğurlar əldən buraxılmamalıdır”.
 
Bildirilir ki, ATƏT münaqişənin davamlı həllinə nail olmaq üçün kömək etməyə hazırdır.
 
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.


Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR