Braziliyanın cənubundakı Santa-Katarina ştatında turistlərlə dolu avtobusun dərəyə yuvarlanması nəticəsində 32 nəfər ölüb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli G1 kanalı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 11 nəfər yaralanıb. Avtobusun 400 metr dərinliyi olan dərəyə yuvarlandığı bildirilir.
Qəzanın sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi qeyd olunur.