Atatürk Hava Limanındakı partlayışa görə 30 nəfər həbs edildi

Atatürk Hava Limanındakı partlayışa görə 30 nəfər həbs edildi

İstanbuldakı Atatürk Hava Limanında törədilən partlayışla əlaqədar saxlanılan daha 17 nəfər barəsində həbs-qəti imkan tədbiri seçilib.

Aktual.az  APA-ya istinadən bildirir ki, 17 nəfərdən 11-i əcnəbidir (hamısı Rusiya vətəndaşıdır). Bununla da barəsində həbs qərarı verilənlərin sayı 30-a çatıb. Belə ki, bir gün əvvəl 4-ü əcnəbi olmaqla 13 nəfərin həbsinə qərar verilib. Onlardan biri Azərbaycan vətəndaşı Elçin Bünyadovdur. 
 
Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədiblər. 

Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR