ATATÜRK Rusiyada yaşayan azərbaycanlılara çağırış etdi: - “Namus, qeyrət məsələsidir”

ATATÜRK Rusiyada yaşayan azərbaycanlılara çağırış etdi:   - “Namus, qeyrət məsələsidir”

TURSAM rəhbəri Atatürk Kamallı Rusiyada yaşayan soydaşlarımıza çağırış edib.

Çağırışda deyilir:

Avropanın daha bir aparıcı dövlətinin, Almaniya Bundestaqının qondarma erməni “soyqırımı” ilə bağlı qətnamə qəbul etməsi bir daha göstərdi ki, erməni diasporu iş başındadır və öz saxta iddialarını həqiqət kimi müasir dünyaya yaymağa nail olurlar. Biz bunu Fransa parlamentinin, Almaniya Bundestaqının erməni “soyqırımı” ilə bağlı qətnamələrində aydın gördük.

Heç şüşbhəsiz bu fəaliyyətin arxasında xaricdə yaşayan ermənilərin vahid mərkəzdə birləşməsi, “ümumilli” məsələlərdə birgə addım atması və ən əsası “düşünən beyin”lərin irəli çəkilməsi fəlsəfəsi dayanır.

Belədə haqlı sual yaranır? Ermənilər saxta iddialarla gündəmə gəldiyi halda biz nəyə görə, öz həqiqətlərimizi dünyaya yaya, ictimləşdirə bilmirik? Və ya saxta erməni “soyqırımı”nı qəbul edən dünya gücləri hansı səbəbdən qocaya, qadına, uşağa baxmadan yüzlərlə dinc soydaşımızı qətliam edən erməni vəhşiliyinə, Xocalı soyqırımına dair bircə qətnamə qəbul etmirlər?

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyada yaşayan azərbaycanlı gənclərin birləşdiyi “AMOR” təşkilatının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyası hər birimiz üçün bir mesaj, stimul olmalıdır. Nəhayət anlamalıyıq ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılması hər bir azərbaycanlının müqəddəs borcudur. Uğurlu lobbiçilik və diaspor fəaliyyəti olmadan biz uzağa gedə, böyük ideyalarımızı dünyaya yaya bilmərik.

Mətbuatda Rusiyanın Korsnayarski şəhərində yaşayan, diaspor fəalımız, tanınmış hüquqşünas Səadət Qarayevanın deputatlığa namizəd olması haqqına informasiyalara rast gəldim. Rusiyada yaşayan ilk azərbaycanlı qadının qanunverici orqanda təmsil olunmaq istəyi göstərdi ki, artıq səsimiz bazarlardan deyil, ali tribunalarından gəlməyə başlayır.

Unutmaq lazım deyil ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən ölkəmiz üçün olduqca strateji əhəmiyyətə malik Rusiyanın qanunverici orqanında azərbaycanlı deputatların təmsil olunması bizim üçün təkcə fəxr deyil, həm də vətən, millət təəssübü məsələsidir.

Mən buradan üzümü Rusiyada yaşayan azərbaycanlılara, Krosnayarskidə qeydiyyatda olan soydaşlarımıza, dövlətini, millətini sevən hər bir azərbaycanlıya tutub demək istəyirəm ki, Səadət Qarayevanın mandat alması təkcə onun deyil, bütün Azərbaycanın qələbəsidir. Bu bizim üçün namus, qeyrət məsələsidir. Səadət xanımın seçki kampaniyasında yaxından iştirak etmək, ona ən yüksək səviyyədə dəstək vermək hər birimizin vətən borcumuzdur!

Xəbər 4379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR