Atasını öldürən 17 yaşlı oğlan "dəlixana"ya göndərildi -(EKSKLÜZİV FOTO )

Atasını öldürən 17 yaşlı oğlan

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Kənan Qasımovun (1999-cu il təv.) CM-nin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair сinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, qətl ötən il oktyabrın 6-da Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Fərdi evdə yaşayan 17 yaşlı Kənan atası, 41 yaşlı Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurmaqla, onu qəsdən öldürüb. Hadisədən sonra yeniyetməni 2-ci polis bölməsinə dayısı gətirib. 

İstintaqla müəyyən edilib ki, Kənan Qasımov sözügedən hadisədən əvvəl psixoloji sarsıntı keçirib. son aylarda onun davranışlarında ciddi dəyişikliklər olub. Kənan tez-tez valideynləri ilə dalaşıb. Bir neçə gün əvvəl isə təhsil aldığı liseyi özbaşına tərk etməsi ailədə münasibətləri daha da kəskinləşdirib. Hadisə günü anası işə gedəndən sonra Qulu Qasımov oğlu ilə söhbət etməyə çalışıb və anası ilə dalaşdığı üçün onu danlayıb. Kənan isə atasına sərt cavab qaytarıb və heç kimin onun işinə qarışmamasını deyib. Mübahisə başlayıb. Əsəbləşən Kənan atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək, qonaq otağına qayıdıb və divanda uzanıb televizora baxan Qulu Qasımovun ürəyinə zərbə endirib. Hadisə vaxtı evdə ata ilə oğuldan səvayi heç kim olmayıb. Mərhum Qulu Qasımov taksi sürücüsü işləyib. 


Məhkəmə qərara gəlib ki, K. Qasımov cinayəti anlaqsız vəziyyətdə törədib, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib və o, 1 saylı Ruhi-Əsəb dispanserinə göndərilib.




Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR