Bakı Ağır Cinayətlər Məhkəməsində Sərxan Heydərovun (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Aktual.az xəbər verir ki, qətl ötən il noyabrın 10-da Quba şəhərində, H.Əliyev prospektundəki kafenin qarşısında baş verib. Belə ki, sərxoş vəziyyətdə olan Sərxan Heydərovla atası, 48 yaşlı Siyavuş Heydərova arasında əvvəl kafedə mübahisə yaranıb. Münasibətlərini aydınlaşdıran oğul-ata çölə çıxdıqda, Sərxon atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə hadisə yerindən qaçıb. Təcili yardım işçiləri gələnədək zərərçəkən vəfat edib. Həmin gecə şübhəli şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 17-nə təyin edilib.
Xəbər 800 dəfə oxunub.