Atambayevin oğlu həbs olundu

Atambayevin oğlu həbs olundu
  • DÜNYA

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin oğlu və tərəfdaşları kütləvi iğtişaşların təşkilinə hazırlıq ittihamı ilə həbs olunub.
Aktual.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat çərçivəsində 10 nəfər saxlanılıb.
İstintaqın versiyasına görə, saxlanılanlar seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkə üzrə, əvvəlcə cənub bölgəsində, sonra isə Bişkek və rayonlarda mitinqlər keçirməyi planlaşdırırdılar:
"Onların planına konstitusiyaya zidd çağırışlar, həmçinin inzibati binaların, televiziya kanallarının, hüquq-mühafizə orqanlarının obyektlərinin, silahların və penitensiar sistemin müəssisələrinin ələ keçirilməsi daxil idi”.
Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının "silah, sursat, qumbaralar, rabitə vasitələri, maliyyələşdirmə sənədləri, fəaliyyət planları, narkotik vasitələr, həmçinin 150 min dollar məbləğində pul” aşkarlayıb götürdüyü qeyd edilib.
Xəbər 68 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR