Ata oğlunu güllələdi - Biləsuvarda

Ata oğlunu güllələdi   - Biləsuvarda

Biləsuvar rayonunda ata oğlunu güllələyib.

Aktual.az  Daxili İşlər Nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi “İJ-58” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR