Ata körpə oğlunu öldürdü – Şəmkirdə

Ata körpə oğlunu öldürdü –   Şəmkirdə

Şəmkirdə tükürpədici cinayətin üstü açılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu ilin aprelində 1983-cü il təvəllüdlü Fariz Mirzəyev ögey oğlunu öldürüb, uşağın cəsədini qəbiristanlıqda basdırıb.

Onun qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi 2012-ci il təvəllüdlü Nihadı qətlə yetirdiyi üzə çıxıb. Rayonun İrmaşlı kənd sakini olan F.Mirzəyev avqustun 16-da şübhəli şəxs qismində saxlanılıb.
 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 
Xəbər 1090 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR