Ata evdən qaçan qızını namus üstündə öldürüb - TƏFƏRRÜAT

Ata evdən qaçan qızını namus üstündə öldürüb - TƏFƏRRÜAT

Bir neçə gündür ki, itkin kimi axtarışda olan Ağsu sakini qətlə yetirilib.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu gün 33 yaşlı Aybənizin qətlə yetirildiyi məlum olub. Araşdırma zamanı onun atası Nazim Əliyev tərəfindən öldürülməsi müəyyən edilib. 
 
Aktual.az-ın əldə etdiyi məlumata görə, Aybəniz Abdullayeva Ağsunun Pirhəsənli kəndinin sakini olub. O, bir neçə il öncə həmin kənddə yaşayan bibisi oğlu ilə ailə həyatı qurub. Onların 7 yaşlı bir oğlu var.

A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir, o, ara-sıra Ağsuya gedərək ailəsinə baş çəkirmiş.

Qadın ərinin Bakıda olduğu gün - sentyabrın 2-də heç kimə demədən evdən qaçaraq Abşeron rayonuna gəlib. Aybəniz bir neçə gün kimliyi hələlik açıqlanmayan tanışının evində qalıb.
 
Qızının evdən qaçmasından xəbər tutan Nazim Əliyev dərhal axtarışlara başlayıb. O, A.Abdullayevanın yerini müəyyən edərək, Abşerona yollanıb.

N.Əliyev bu gün səhər saatlarında qızının qaldığı evi taparaq, onu bıçaqla qətlə yetirib. Qadının meyiti bu gün səhər saatlarında Bakı-Sumqayıt avtomobil yolunun kənarında aşkarlanıb. 

İlkin ehtimala görə, cinayət hadisəsi namus üstündə törədilib. 

Qeyd edək ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR