Kişinin DNT-si yaraqlının DNT-si ilə eynidir.
Ankarada fevral ayının 17-də terror aktı törədən kamekadze Türkiyə vətəndaşı Əbdülbaki Somerdir.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, KİV dərc edilən şəkillərdən onun atası Musa Someri tanıyıb. Bununla yanaşı, terror aktı yerindən götürülən DNT kişinin DNT-si ilə eynidir.
Qeyd edək ki, əvvəllər partlayışı törədən şəxsin adının Salih Necər olduğu bildirilirdi.
Xatırladaq ki, fevralın 17-də Ankaranın mərkəzində minalanmış avtomobil partlayıb. Son məlumata görə, 28 nəfər ölüb, 61 nəfər yaralanıb.