Rusiyanın Podolsk şəhərinin 30 yaşlı sakini Dmitri M. 4 yaşlı oğlunu və 9 aylıq qızını vəhşicəsinə qətlə yetirib.
Aktual.az Lifenews-a istinadən bildirir ki, faciə barədə polisə qətldə şübhəli bilinən şəxsin bacısı oğlu xəbər verib.
"Dayım iki övladını doğradı, sonra da intihar etmək istədi. Ona özünü öldürməsinə imkan vermədik. Amma bıçaqlanmış uşaqları da xilas edə bilmədik", - həmin şəxs deyib.
Moskva vilayət prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Övladlarını öldürən Dmitri və onun arvadı Tatyana turizm şirkətində çalışırlar. Onların normal insanlar olduqları, spirtli içkilərə və narkotik maddələrə aludə insanlar kimi tanınmadıqları deyilir.
"Onların ailəsi bu yaxınlarda Rusiyaya qayıdıblar. İndiyədək Taylandda yaşadıqlarını deyirdilər. Dmitri nəzakətli, gülərüz insandı. Faciədən sonra Tatyana qapımızı döydü. Qan içində idi, "Uşaqlar! Uşaqlar! O, uşaqlarını öldürdü! Təcili yardım çağırın!" qışqırırdı", - qonşu Aleksandr Nasonov söyləyib.