“Aşurbəy” məscidi müvəqqəti bağlandı

“Aşurbəy” məscidi müvəqqəti bağlandı

Bakıdakı tanınmış “Aşurbəy” məscidinin (“Ləzgi məscidi”) fəaliyyəti kütləvi ibadət üçün dayandırılıb.

Məsciddən bildiriblər ki, buna səbəb kimi məscidin təmirə dayandırılması göstərilib. Qeyd olunub ki, məscid fəaliyyətini təmir məqsədi ilə müəyyən müddətə dayandırıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bununla bağlı xəbərdar olduqlarını bildirsələr də, məscidin İçəri Şəhər Dövlət Qoruğu idarəsinin nəzdində və nəzarətində olduğunu bildiriblər.

Qeyd edək ki, “Aşurbəy” məscidi ilə bağlı Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə dəstək verilməsi iddiaları var. //Apa

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR