Aşurada min litr qan yığılıb

Aşurada min litr qan yığılıb

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00-a qədər ölkə üzrə 2358 nəfər qan verib. Ümumilikdə isə 1061,1 litr qan toplanıb.

Səhər saatları olmasına baxmayaraq qan vermək üçün gələn insanların sayı durmadan artır. Aksiyada iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunurlar və onların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır. Əgər hər şey qaydasındadırsa, insanlar donor kimi qan verirlər. Sonra götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.

Qeyd edək ki, aksiyalar ölkənin 14 məscidində keçirilir.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR