Ağsu rayonunda canavarlar səkinlərə hücum edib.
Nəticədə iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Aktual.az "Report"a istinadən bildirir ki, hadisə axşam saat 18:30 radələrində rayonun Padar və Növcü kəndlərində otlaq sahədə baş verib.
Padar kənd sakini 1981-ci il təvəllüdlü Behruz İsa oğlu Bəhramov və Növcü kəndində məskunlaşan məcburi köçkün Ağdam rayon sakini 1973-cü il təvəllüdlü İlham Amil oğlu Məhərrəmov kənd ərazisi olan otlaq sahədə qoyunları kəndə gətirərkən canavarların hücümuna məruz qalıblar. Boğaz və üz nahiyyəsindən xəsarət alan sakinləri qohumları tərfindən Ağsu rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxananın cərrahiyyə şöbəsindən verilən məlumata görə, cərrahiyyə əməliyyatı aparılan yaralıların vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, həmin ərazilərdə canavarlar çox olması dəfələrlə sakinlərə və qoyun sürülərinə hücüm ediblər.
Aktual.az