Ağsu və Kürdəmirdə 3 gün qaz olmayacaq

Ağsu və Kürdəmirdə 3 gün qaz olmayacaq

Sabahdan başlayaraq 3 gün ərzində Ağsu və Kürdəmir rayonlarının təbii qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Aktual.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, fasiləyə səbəb "Qaz İxrac” İdarəsinə məxsus "Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsidir. Odur ki, "Ağsu” və "Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun(Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd,1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Xəbər 193 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR