Ağsu dolaylarında torpaq sürüşməsi: Əsas yol bağlanıb

Ağsu dolaylarında torpaq sürüşməsi: Əsas yol bağlanıb

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi aktivləşib. Nəticədə avtomobillərin hərəkətinə təhlükə yarandığı üçün əsas yol bağlanıb

Aktual.az xəbər verir ki, yola xidmət edən 16 nömrəli "Yol İstismar” MMC-dən AZƏRTAC-a bildirilib ki, həmin ərazidə torpaq şimal-qərb istiqamətindən cənub şərq istiqamətinə, dərin dərəyə doğru sürüşür. Respublikanın ərazisinə yağan sonuncu qardan sonra sürüşmə aktivləşib. Nəticədə 40 metrədək yol sahəsi 40-50 santimetr dərinliyində çöküb. Yolun bərpası ilə əlaqədar "Azəravtoyol” ASC-dən mütəxəssislər dəvət olunub.

Sürücülər müvəqqəti olaraq həmin ərazidəki alternativ yoldan istifadə edirlər. Qeyd edək ki, alternativ yoldakı sərt döngə qarlı və şaxtalı havalarda olduqca təhlükəlidir.
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR