DİN məlumat yaydı.
Astarada saxta əsginaz alverçisi yaxalanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə fevralın 20-də baş verib.
Belə ki, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini İlham Rüstəmova 1 ədəd 50 manatlıq saxta əsginaz verərək alış-veriş etmiş Lənkəran rayon sakini Tural İmanov tutulub.
Faktla bağlı araşdırma aparılır.