Astara rayon sakini bacanağı tərəfindən bıçaqlanıb.
Aktual.az report-a nistinadən xəbər verir ki, Astyara şəhər sakini, 1954-cü il təvəllüdlü Həbib Həsən oğlu Məmmədov kəsilmiş-deşilmiş bıçaq yarası ilə Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırlaşdığından Lənkəran Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsinə rayonun Kakalos kənd sakini Emin adlı şəxs müraciət edərək bacanağı H.Məmmədovu bıçaqladığını bildirib.
Məlumata görə, H.Məmmədovun bacanağı öz həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Bu gün Astara Rayon Məhkəməsində keçirilən yekun iclasda birgə iştirak ediblər. Hadisə məhkəmədən çıxandan sonra baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər 412 dəfə oxunub.