Qazaxıstan təmsilçisi C qrupunda 2 xalla sonuncudur.
Qazaxıstanın “Astana” klubu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun oyunuda İspaniyanın “Atletiko”sunu qəbul edib.
Aktual.az xəbər verir ki, hər iki komandanın səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Bu nəticədən sonra, “Astana” C qrupunda 2 xalla sonuncudur. “Atletiko” isə 7 xalla hələlik birinci sıradadır.
Bu qrupun digər oyununda “Qalatasaray” səfərdə Portuqaliyanın “Benfika” klubunun qonağı olacaq.
Aktual.az