Ağstafada 2 nəfər güllələnməsi ilə bağlı təfərrüat məlum olub

Ağstafada 2 nəfər güllələnməsi ilə bağlı təfərrüat məlum olub

Ağstafa rayonunda 2 nəfərin güllələnməsinin bəzi təfərrüatları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəxsi münasibətlər zəminində törədilib. 
Belə ki, dünən ki, tarixdə kənd ərazisində qohumlarının toy mərasimi keçirilib. Bu mərasimdə iştirak edən, 1989-cu il təvəllüdlü Sərxan Mehman oğlu Məmmədov Bakıdan gələn qonaqlara sataşıb, bu zaman əmisi, Qabil Məmmədov ona iradını bildirib. S.Məmmədov əmisinə bıçaqla hədə qorxu da gəlib. Tərəflər arasında mübahisə ətrafdakılar tərəfindən sakitləşdirilib. 
Bu gün isə Q.Məmmədov kənd ərazisində yerləşən çayxanaların birinin həyətində çay içərkən S.Məmmədova "Mercedes" markalı avtomobillə çayxananın önünə gəlib və tüfənglə avtomobildən atəş açaraq əmisini vurub və daha sonra avtomobillə ərazidən uzaqlaşıb. Hadisə zamanı əmisinin yaxınlığında olan, Yusif Əlləcov da xəsarət alıb və hər iki şəxs xəstəxanaya aparılıb. Onların vəziyyətinin kafi olduğu bildirilir. 
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, 
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR