İspaniyalı deputat Pedro Aqramunt Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, bu posta seçkilər bu gün Strasburqda öz işinə başlayan qış sessiyası çərçivəsində baş tutub.
P.Aqramunt AŞPA prezidenti vəzifəsində Ann Brasseri əvəzləyib.
Qeyd edək ki, bundan əvvəl P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi idi. Onun namizədliyi AŞPA-nın ən böyük qrupu olan Avropa Xalq Partiyası (EPP) tərəfindən irəli sürülmüşdü.