Aşağı seçici fəallığı referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlardan irəli gəldiyinin göstərir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə AŞPA müşahidə missiyasının dekabrın 6-da Ermənistanda keçirilən konstitusiya islahatları referendumu ilə bağlı yaydığı məlumatda deyilir.
`Parlamentin islahatlar mətnini müzakirə etmək üçün cəmi bir neçə həftə vaxtı olub. İctimai debatların isə iki aylıq məhdudlaşdırılması razılığın əldə olunmasının qarşısını alıb. Konstitusiya dəyişikliyinin əsasında duran əsas məsələ - prezident idarə üsulundan parlament idarə üsuluna keçid vətəndaşların əksəriyyəti tərəfindən hazırkı prezidentin ikinci səlahiyyət müddəti başa çatandan sonra hakimiyyətdə qalmaq üçün vasitə kimi dəyərləndirilib`, - deyə məlumatda qeyd olunur.
Səsvermə prosesinə gəldikdə AŞPA aşağıdakı problemlərin olduğunu bildirib:
• seçici siyahılarında daimi əsasda xaricdə yaşayan, hətta həlak olmuş şəxslərin adlarının qeyd edilməsi;
• Səslərin kütləvi şəkildə pulla alınması və “karusel”, seçicilərin iradəsinə təsir etmək;
• Kütləvi İnformasiya Vasitələri referendumu lazımı qədər işıqlandırmaması və siyasi partiyalar cəmiyyəti məlumatlandırmaq sahəsində öz öhdəliklərinin yerinə yetirməməsi;
• icra strukturlarının səlahiyyətlərindən sui-istifadə etməsi;
• fiziki imkanları məhdud olan şəxslər üçün əlverişli şəraitin yaradılmaması kimi problemlərin qeydə alındığı;