AŞPA: Rusiya öhdəliklərini yerinə yetirməlidir

AŞPA: Rusiya öhdəliklərini yerinə yetirməlidir
  • DÜNYA

Rusiya Avropa Şurası qarşısında öhdəliklərini tam yerinə yetirməyincə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) tamhüquqlu şəkildə qayıtmayacaq.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu AŞPA-da liberal və demokrat qrupunun lideri, ispaniyalı deputat Hordi Şukla bəyan edib.

"Rusiyanın tədricən AŞPA ilə əlaqələri səngiyir. Artıq iki ildir ki, Rusiya üzrə məruzəçilər lazımı səviyyədə fəaliyyət göstərə bilmirlər", deyə H.Şukla bildirib.

Onun sözlərinə görə, hazırda AŞPA Rusiyanın Assambleyaya qayıtmasını nəzərdən keçirmir: "Payızda Rusiyada parlament seçkiləri keçiriləcək və AŞPA-nın oktyabr sessiyasınadək Moskva çətin ki, heyətini müəyyənləşdirə biləcək. Quruma yeni prezidentin seçilməsi də bu prosesi sürətləndirməyə imkan vermir".

AŞPA-nın 2014-c il aprel sessiyasında Rusiya Krımı ilhaq etməsi ilə əlaqədar səsvermə hüququndan məhrum olunub və Assambleyanın bütün rəhbər orqanlarından xaric edilib.

Buna etiraz olaraq Rusiya nümayəndə heyəti AŞPA-nın son üç sessiyasında iştirak etməyib.

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR