AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabat qəbul olunmayıb.
Aktual.az APA-ya istinadən bildirir ki, bu gün AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib.