AŞPA-nın müşahidəçiləri görüşlərə başladı

AŞPA-nın müşahidəçiləri görüşlərə başladı

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası görüşlərə başlayıb.

Aktual.az Seçki-2015.az saytına istinadən məlumat verir ki, müşahidə missiyası bu gün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş media üçün qapalı olub.

Sabah müşahidə missiyasının vətəndaş cəmiyyətinin təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşü gözlənilir.

Qeyd edək ki, 30 nəfərdən ibarət olan AŞ PA müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR