AŞPA müşahidə missiyasının Azərbaycandakı seçkilərə dair yekun məruzəsi qurumun Daimi Komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iclasında yekdilliklə qəbul edilib.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, noyabrın 26-da Sofiyada keçirilən AŞPA Sədarət komitəsi və Büro iclaslarında Azərbaycanda 1 noyabr parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi yekdilliklə qəbul olunub.