AŞPA həmməruzəçiləri Bakıya gəlib

AŞPA həmməruzəçiləri Bakıya gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennah və Sezar Florin Predan Azərbaycana səfərə gəlib.

Bu barədə AzVision.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən iyunun 15-dən 17-dək davam edəcək səfər zamanı həmməruzəçilərin Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Həmməruzəçilərin vətəndaş cəmiyyəti, KİV nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşləri də planlaşdırılır.

Ş.Şennah, S.Preda və belçikalı deputat Alan Desteks AŞPA-nın müşahidəçiləri qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar parlament seçkilərini müşahidə edəcək.

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR