Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda noyabr ayında yennidən Azərbaycana səfər etməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə Report-a AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda (Rumıniya) bildirib.
Onun sözlərinə görə, səfər noyabr ayının ikinci ongünlüyünə planlaşdırılır.
Qeyd edək ki, hazırda həmməruzəçilər Bakıdadırlar və AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçirilən referendumun monitorinqini keçirirlər.