Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının hesabatı noyabrın 27-də AŞPA Daimi Komitəsinin Sofiyada keçirilən iclasında dinləniləcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AŞPA-dan daxil olan məlumatda bildirilir.
Daimi Komitənin iclasında həmçinin Qırğızıstan, Belarus və Türkiyədə keçirilən seçkilərlə bağlı hesabatlar da müzakirə ediləcək.