AŞPA-da Qarabağla bağlı qətnamə layihəsi bütün ikili standartları bir daha ortaya qoydu -Qənirə Paşayeva

AŞPA-da Qarabağla bağlı qətnamə layihəsi bütün ikili standartları bir daha ortaya qoydu  -Qənirə Paşayeva

Bizə İnsan haqlarından dərs keçmək niyyətində olanlar budurmu sizin insan haqlarına sayğınız? 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilmədiyi torpaqlarla bağlı yəni "Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsinə dair" AŞPA-da müzakirə olunan qətnamə layihəsi bütün ikili standartlarınızı bir daha ortaya qoydu.

İnsan haqları deyib bar-bar bağıranlar nədən sənədin səsverməsi zamanı nümayəndə heyətinizdən bir nəfər də olsun bu sənədin lehinə, yəni ədalətə səs vermədi? Norveç, İsveçrə, İsveç, Avstiya, Hollandiya ,Luksemburq, Danimarka, Slovakiya, Finlandiya, San Marino, Monako nədən nümayəndə heyətlərinizin bəzi üzvləri sənədin əlehinə çıxıb bəziləri isə neytal qalıblar? Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə nümayəndə heyətlərinizin üzvləri Azərbaycanın daha doğrusu ədalətin əlehinə səs verərək və ya bitərəf qalaraq nə bizə nə də kimsəyə artıq insan haqlarından və ya Avropa Şurası prinsiplərindən dərs keçmək kimi mənəvi bir haqqınız olmadığını bir daha nümayiş etdirdiniz. Çünki bi sənədin əlehinə səs vermək və ya bitərəf qalmaqla siz özünüz Avropa Şurası prinsiplərinə nə qədər sadiq olmadığınızı ortaya qoydunuz. Avropa Şurası prinsiplərinə görə bir üzv ölkə başqa üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz. Amma siz AŞ üzvü olan Azərbaycanın AŞ üzvü olan Ermənistan tərəfində işğal edilən torpaqları ilə bağlı məsələnin səsverməsində belə bir mövqeyinizlə işğalçını dəstəkləmiş oldunuz və təşkilatın prinsiplərinə ən böyük zərbəni də vurmuş oldunuz. Hesab edirəm ki, bu ölkələrin Azərbaycandakı səfirləri bu məsələyə və ölkələrinin mövqelərinə təcili aydınlıq gətirməlidirlər. Bizim onlardan bunu istəmək haqqımız var. Xarici İşlər Nazirliyimiz də ümid edirəm ki, bu ölkələrin Azərbaycandakı səfirləri və bizim bu ölkələrdəki səfirlərimiz vasitəsi ilə məsələni ciddi araşdıracaq və bu ölkələrin bu məsələ ilə bağlı rəsmi mövqelərini öyrənəcək və eyni zamanda bu kimi xoşagəlməz halların yaşanmaması istiqamətində ciddi müzakirələr olacaq. Eyni zamanda həmin ölkələrlə Parlamentlərarası Dostluq Qrupları səviyyəsində də Azərbaycan dövləti, xalqı və parlamentinin bu məsələ ilə bağlı ciddi narahatçılığı həmin ölkələrin parlament rəhbərliyinə və millət vəkillərinə çatdırılacaq. Düşünürəm ki, bu ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız və bu ölkələrlə Parlamentlərarası Dostluq qruplarımız Azərbaycan həqiqətləri ilə bağlı bu ölkələrin rəsmi şəxsləri və parlamentləri ilə çalışmaları daha da genişləndirəcəklər. Bu ölkələrin nümayəndə heyətlərinin AŞPA-da nümayiş etdirdiklərin mövqelərin sabah başqa təşkilatlar müstəvisində də davam etməməsi üçün, bu xoşagəlməz meyillərin durdurulması istiqamətində nə qədər ikili standartlarla üzləşməyimizdən asılı olamayaraq çalışmalarımızı daha da gücləndirməliyik. Yaxşı haldır ki, Ermənistanın və bütün erməni lobbisinin, havadar dövlətlərinin və güclərinin təzyiqlərinə baxmarayaraq ikinci qətnamə "Azərbaycanın sərhədyanı bölgələrinin sudan məhrum edilməsi" ilə bağlı qətnamı layihəsi Azərbaycanın apardığı gərgin iş nəticəsində qəbul edildi. Ermənislərin və havadarlarının əngəllləmək istədiyi bütün məsələlər Ermənistann işğalçılığı, cinayətləri, qeyri-insani əməlləri əməlləri ikinci qətnamə layihəsində daha da kəskin şəkildə qəbul edildi və bunu əngəlləməyə gücləri çatmadı. Ona görə də bu böyük bir uğurdur və bütün çətinliklərə baxmayaraq bütün beynəlxalq təşkilatlarda bundan sonra da bu mövzunu davamlı gündəmdə saxlamalı və bütün çətinliyə baxmayaraq sənədlərin müzakirəsinə və qəbuluna nail olmağa çalışmalıyıq.
P.S Burada yazdığımı fikirlər AŞPA-da təşkilatın mövqeyini və sənədin əlehinə çıxanların bu məsələ ilə bağlı mövqeyini elə qurumun özündə etdiyimiz sərt tənqidi fikirlərlə eyndir.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR