Azərbaycanda keçirilən referendumla bağlı AŞPA müşahidə missiyasının ilkin hesabatı assambleyanın payız sessiyasında müzakirə olunacaq.
Aktual.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Florin Sezar Preda deyib.
Qeyd edək ki, AŞPA-nın payız sessiyası oktyabrın 10-14-də keçiriləcək.