Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Şimali Kipr Türk Cümhuriyyətində Qarabağla bağlı tədbir edəcək. Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qarabağda milli-mədəni irs” layihəsi çərçivəsində reallaşacaq.
Aktual.az xəbər verir ki, bu barədə ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov məlumat verib:
"Biz ASGA olaraq son 5 ildə 10 beynəlxalq layihə reallaşdırmışıq. Təşkilatımızın fəaliyyət profilinə uyğun olaraq layihərimizi slavyan və türkdilli ölkələrdə reallaşdırırq. Budəfəki layihəmiz isə xüsusi əhəmiyyətə malikdir. Biz ilk dəfə Qarabağın milli-mədəni irsini Şimali Kipr Türk Cümhuriyyətində tanıdacağıq. Göstərdikləri dəstəkdən dolayı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirik”.
Xəbər 146 dəfə oxunub.